Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İordaniyanı etirazlar bürüdü

Müqəddəs Ramazan ayı etiraz aksiyaları ilə müşayiət olunub.

İordaniyada müqəddəs Ramazan ayı etiraz aksiyaları ilə müşayiət olunub.

Din.az Trend-ə istinadən in məlumatına görə, paytaxt Ammanda və digər şəhərlərdə sakinlər hökumətin vergiləri artırmaq təklifinə etiraz edir.

Qeyd olunur ki, təklifə əsasən hüquqi şəxslər üçün gəlir vergisi 40 faiz, fiziki şəxslər üçün 5 faiz artırılacaq. Bundan başqa, ölkədə çörək və ərzaq qiymətləri iki dəfəyədək, elektrik enerjisi 55 faizədək bahalaşıb.

Bütün bu tədbirlər Beynəlxalq Valyuta Fondunun tövsiyəsi ilə həyata keçirilib.

Etiraz aksiyaları iftardan sonra keçirilir. Etirazçılar hökumətin istefasını tələb edirlər. Son bir neçə gün ərzində 60-a yaxın etirazçı saxlanılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...