Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran: ABŞ bizə hücum etsə, Tel Əvivi yerlə yeksan edəcəyik

“ABŞ-ın hərbi gücünə baxmayaraq İrana qarşı addım atmağa cəsarəti yoxdur”.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi büro sədri və komandiri Yadulla Cavani ABŞ və İsrailə hədələr yağdırıb.

Din.az xəbər verir ki, hərbi rəhbər İran İslam İnqilabının 40 illiyi münasibətilə təşkil edilən tədbirdə çıxış edib:

“ABŞ-ın müdafiə və hərbi gücünə baxmayaraq İrana qarşı addım atmağa cəsarəti yoxdur. Əgər ABŞ bizə hücum etsə, Tel Əvivi yerlə yeksan edəcəyik”.

İran prezident Həsən Ruhani isə Tehrandakı Azadi Meydanında təşkil edilən mərasimdə ölkəsinin zireh deşən raket və müdafiə təchizatı üçün heç bir ölkədən icazə almayacağını açıqlayıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...