Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran ABŞ-ın sanksiyasına ciddi reaksiya verəcək – XİN açıqladı

Sadiq Laricanini sanksiya siyahısına daxil etdilər.

İran ABŞ-ın düşməncə hərəkətlərinə qarşılıq olaraq ölçü götürəcək və müvafiq şəkildə cavab verəcək.

Din.az xəbər verir ki, bu barədə bəyanat İran XİN-nin saytında yerləşdirilib:

“Tramp rejimi Laricanini sanksiya siyahısına salmaqla etdiyi düşməncə və qanunsuz hərəkətiylə beynəlxalq ictimaiyyətdə davranışın bütün icazə verilən sərhədlərini keçib. Bu, beynəlxalq hüququ, həmçinin ABŞ-ın ikitərəfli və beynəlxalq öhdəliklərini pozması deməkdir. İran İslam Respublikası sözsüz ki, ciddi reaksiya ilə cavab verəcək”.

Qeyd edək ki, ABŞ İranın məhkəmə sisteminin rəhbəri, ayətulla Sadiq Laricanini sanksiya siyahısına salıb. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...