Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran Ali Liderinin nümayəndəsi Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur

İranın Ali Liderinin nümayəndəsi Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur.

Ermənistan mətbuatı İran İslam Respublikasının Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib.

Din.az bildirir ki, bu barədə Trend-ə İran Ali Liderinin Ərdəbil üzrə nümayəndəsinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, Ermənistan KİV-in yaydığı məlumat həqiqətə uyğun deyil:

“İranın Ali Liderinin nümayəndəsi Seyid Həsən Amili Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur. Seyid Həsən Amili Xocalı şəhidlərinin xatirəsini anır və onlara Allahdan rəhmət diləyir. Bu faciə unudulmamalıdır. Biz Qarabağ şəhidlərinin intiqamını almağa hazırıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...