Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran ali rəhbərinin müşaviri: “Suriyadakı xərclərimizi neft, təbii qaz və fosfor mədənlərinin hesabına ödəyə bilərik”

Rəhim Səfəvi: “İranın Suriyada pay haqqı var”.

“İran xərclərinin qarşılığını Suriyanın neft, təbii qaz və fosfor mədənlərinin hesabına ödəyə bilər”.

Din.az xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xaməneinin hərbi məsələlər üzrə müşaviri Rəhim Səfəvi Tehranda Suriya ilə bağlı konfransda bildirib.

O, İranın Suriyada pay haqqının olduğunu irəli sürərək deyib: “İran Suriyadakı savaşdakı xərclərinin qarşılığını ödəmək üçün bu ölkə ilə uzun müddətə müqavilələr bağlamalıdır. Rusiya Suriya ilə 49 illiyinə müqavilə imzalayıb, hərbi, siyasi və iqtisadi sahələrdə imtiyaz əldə edib. İran da Suriya hökuməti ilə (Bəşşar Əsədi nəzərdə tutur – “Report”) siyasi və iqtisadi sahələr üzrə müqavilə imzalaya bilər. Bu yolla Suriyadakı xərclərimizi ödəyə bilərik. Hazırda İran Suriyanın fosfat mədənlərində hasilatla məşğuldur”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...