Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İran Azərbaycandan elektrik enerjisi alacaq

“Hər iki tərəf 700 meqavatt elektrik enerjisinin mübadiləsini həyata keçirə bilər”.

İran ildə 150 meqavatt elektrik enerjisinin alınması barədə Azərbaycanla saziş imzalayıb.

Din.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın energetika naziri Reza Ardakaniya deyib.

Nazir qeyd edib ki, Azərbaycandan elektrik enerjisinin alınması barədə razılaşma İran prezidenti Həsən Ruhaninin Bakıya baş tutmuş səfəri çərçivəsində əldə olunub. O, hazırda hər iki tərəfin 700 meqavatt elektrik enerjisinin mübadiləsini həyata keçirmək imkanına malik olduğunu bildirib.

Nazirin sözlərinə görə, tərəflər həmçinin İran, Azərbaycan və Rusiyanın enerji xəttlərinin sinxronizasiyasına yönəlmiş tədbirlər görülməsi barədə qərar qəbul ediblər.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani martın 29-da Bakıda rəsmi səfər olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...