Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran Azərbaycanı seçir – “Al-Monitor”

İlham Əliyev və Həsən Ruhani siyasi iradə nümayiş etdirərək iki ölkə arasında əlaqələrin inkişafına nail olublar.

İranda fəaliyyət göstərən ingilisdilli “Al-Monitor” saytında bu ölkə ilə Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edən “İran Azərbaycanı seçir” sərlövhəli məqalə dərc olunub.

Din.az xəbər verir ki, məqalədə qeyd olunur ki, prezidentlər İlham Əliyev və Həsən Ruhani siyasi iradə nümayiş etdirərək iki ölkə arasında əlaqələrin inkişafına nail olublar.

Vurğulanır ki, İran Cənubi Qafqaz respublikaları ilə balanslaşdırılmış siyasət yürütməyə çalışır. Rəsmi Tehran Ermənistan və Gürcüstan ilə də əlaqələrin inkişafını diqqətdə saxlayır. Lakin Həsən Ruhani prezident seçildikdən sonra Azərbaycan İranın xarici siyasətində prioritet istiqamət kimi müəyyənləşib. Prezidentlər münasibətlərin daha da yüksək səviyyəyə çatdırılmasına çalışırlar. Son 4 ildə İran ilə Azərbaycanın dövlət başçıları 10 dəfə görüşüblər ki, bu da çox mühüm göstəricidir. İndiyədək İran ilə Azərbaycan arasında 103 müqavilə imzalanıb. Bu sənədlər üzrə bir çox işlərin həyata keçirilməsinə başlanıb.

Müəllif qeyd edir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 9 ayında Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin həcmi 70 faiz artıb. Bu rəqəmin qısa müddətə sürətlə artması əlaqələrin intensiv şəkildə inkişaf etdiyini göstərir.

Məqalədə, həmçinin nəzərə çatdırılır ki, iki ölkə arasındakı əlaqələr yalnız iqtisadi sahədə əməkdaşlıqla bitmir. Artıq İran ilə Azərbaycanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün işçi qrupu yaradılıb.

Müəllif yazısını bu fikirlə yekunlaşdırır: “Əlaqələrin inkişafı dövlətlərin qarşılıqlı etimadı da artırır”. / Axar.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...