Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran azərbaycanlıların “Elin” dərgisini qadağan etdi

Dərgi “bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq”da ittiham olunub.

Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyəti dayandırılıb.

Din.az Kult.az-a istinadən xəbər verir ki, Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağına aid dərgi “bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq” fəaliyyətində ittiham olunub.

Mətbuata Nəzarət Komitəsinin çıxardığı hökmə əsasən, dərginin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

Qadağa müddəti komitənin mayın 24-də dərgi ilə bağlı keçirdiyi iclasdan sonra hesab olunacaq.

Bundan əlavə, nəşrin məsul redaktoruna yazılı töhmət veriləcəyi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Elin” dərgisi 13 və 14-cü sayını ötən qış aylarında buraxıb. Bundan sonra Marağa Universitetinin Nəşrlərə Nəzarət Komitəsi dərginin fəaliyyətini müvəqqəti olaraq dondurmuşdu. Fars və türk dillərində nəşr olunan “Elin” dərgisi 2010-cu ildən fəaliyyət göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...