Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran Bəhreyni hədələdi: “Əvəzini ağır ödəyərsiniz”

“Rejimin devrilməsi ödəyəcəyiniz əvəzin sadəcə kiçik bir qismi olar”

İranın Yaxın Şərqdəki hərbi əməliyyatlarını idarə edən Kasım Süleymani şiələrin dini lideri Ayətullah Şeyx Qasimi vətəndaşlıqdan çıxaraq Bəhreyni təhdid edib, “Bunun əvəzini ağır ödəyərsiniz” deyib.

“Din.az” xəbər verir ki, “Fars” xəbər agentliyinin verdiyi məluamta görə, İranın Suriya və İraqdakı daxili döyüşlərdə şiə qüvvələrə komandirlik edən İnqilab Gözətçiləri Komandiri Kasım Süleymani, şiə lideri Ayətullah Şeyx İsa Qasimi vətəndaşlıqdan çıxardığı üçün Bəhreyni təhdid edib.

Süleymani, “Manana rejimi Ayətullah Şeyx İsa Qasimidən uzaq dursun, yoxsa Əl-Xəlifə xanədanlığını devirəcək silahlı bir müqavimət də daxil olmaqla bunun əvəzini ağır ödəyər” deyib.

Nadir hallarda mətbuata açıqlama verən Süleymani, yazılı açıqlamasında Bəhreyn rəhbərliyini xəbərdar edib və o, “Rejimin devrilməsi ödəyəcəyiniz əvəzin sadəcə kiçik bir qismi olar” ifadələrini işlədib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir