Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran ərəb dünyasına meydan oxudu: Pis olacaq

Bu müsəlman ölkələri ziyan görəcəklər.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İranla bağlı mövqeləri bu ölkələrə ziyan vuracaq.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Əli Laricani deyib.

“Bəzi ərəb ölkələri uğursuz təcrübələrini davam etdirirlər. Bir neçə il əvvəl bu ölkələr Suriyaya qarşı birləşdilər, lakin uğursuzluğa düçar oldular. Biz ərəb ölkələrinin İranla bağlı açıqlamalarının qəbuledilməz olduğunu bildiririk”, – o vurğulayıb.

Qeyd edək ki, ərəb ölkələri İrana qarşı qətnamə qəbul edib. Qətnamədə İranın nüvə silahı yaratmasına mane olmaq, eləcə də onun raket proqramına daha sərt məhdudiyyətlərin qoyulması tələb edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...