Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İran evləri dağılanlara faizsiz kredit verəcək – Ruhani

Həsən Ruhani zəlzələnin baş verdiyi vilayətə səfər etdi.

İran Prezidenti Həsən Ruhani şiddətli zəlzələnin baş verdiyi Kirmanşah vilayətinə səfər edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Ruhaninin səfər zamanı əhali qarşısında çıxış etdiyini bildirib.

Çıxışı zamanı o, İran ordusu və SEPAH-a zəlzələdən sonra yaranan dağıntıların aradan qaldırılmasında göstərdiyi dəstəyə görə minnətdarlıq edib. O, həmçinin, zəlzələ zamanı evləri dağılan insanların yenidən öz evlərini tikmələri gərəkdiyini və bunun üçün həmin şəxslərə dövlətin faizsiz kredit verəcəyini söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...