Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İslam dövləti İrandan QURANA HÖRMƏTSİZLİK: Əxlaq polisliyinə davam edir

“Qaydalara uyğun geyinməyən qadınlar təcridxanaya aparılmayacaq”.

İran İslam Respublikası İslama zidd addım atmaqda davam edir.

Din.az bildirir ki, İranda qadınları “qaydalara uyğun olmayan geyim”lərə görə öncədən təcridxanalara aparılıb barələrində iş açılırdısa artıq Tehranın polis rəisi general Hüseyn Rahim qaydalara uyğun geyinməyən qadınların təcridxanaya aparılıb barələrində iş qaldırılmayacağını bildirib.

Quranda bu ayələrə diqqət yetirək:

“Kim istəyir inansın, kim də istəyir inanmasın” (“Kəhf” surəsi, 18/29)
“Dində məcburiyyət yoxdur” (“Bəqərə” surəsi, 2/256)

Lakin “Tasnim” xəbər agentliyinin yaydığı xəbərə görə məcburi kurslara cəlb edilən qadınlar bundan sonra da islami qaydada uyğun olaraq örtünməsələr, cəzalandırılacaqlar.

“İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?” (“Yunus” surəsi, 10/99)
“Sən onları məcbur edən deyilsən. Sən mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver” (“Qaf” surəsi, 50/45)

Əgər kişilər qadının “uyğun olmayan” geyimlərinin onları narahat etdiyini düşünürsə, o zaman Avropa və Amerika ölkərinə də getməməlidir. Unutmaq olmaz ki, Allah qadından (“Nur” surəsi, 24/31 ayəsindən) öncə kişilərə (“Nur” surəsi, 24/30) namuslu həyat yaşamasını əmr edir.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...