Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran güneylilərin topladığı yardımı əllərindən alır – Video

Xalqın topladığı yardımlar hökumət tərəfindən məcburi şəkildə götürülür.

Güney Azərbaycanın Urmiya bölgəsində xalqın topladığı yardımlar hökumət tərəfindən məcburi şəkildə götürülür.

Din.az Axar.az-a istinadən xəbər verir ki, yığılan vəsaiti güc tətbiq etməklə alan hökumət qüvvələri yardım kampaniyasını təşkil edənlərə töhmət veriblər. Onlar toplanan yardımı türkmənlərə və Qaşqay türklərinə verəcəklərini iddia ediblər.

Yerlilər isə İranın xalqın yardım kampaniyası çərçivəsində topladığı vəsaiti İraq və Suriyaya, terrorçulara göndərəcəklərini vurğulayıblar.

Qeyd edək ki, İranın türkmənlər yaşayan bölgəsində baş verən sel fəlakətinə biganə yanaşan hökumətə cavab olaraq Güney Azərbaycanın bir çox şəhərlərində yardım mərkəzləri təşkil olunub, aksiya çərçivəsində türkmənlər və qaşqaylar üçün qida, çadır, geyim yığılaraq fəlakət zonasına göndərilirdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...