Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“İran həmin plakatı qaldıranların məsuliyyətə cəlb olunması barədə açıqlama versəydi…”

“Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuledilməzdir”.

İran Xarici işlər nazirliyinin təmsilçisi Bəhram Qasimi deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır: “Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuledilməzdir”.

Əlbəttə, biz də Paşinyanın İran erməniləri ilə görüşməsinə normal yanaşırıq. Plakat məsələsinə rəsmi Tehranın yanaşması isə bizim üçün, yəni İranla dostluq və səmimi qonşuluq münasibətlərinə sadiq olan Azərbaycan üçün o halda qaneedici sayıla bilərdi ki, İran tərəfi həm də həmin plakatı qaldıran və iki ölkə arasında münasibətləri qəsdən pozmaq istəyən ermənilərin kimliyinin təsbit edilməsi və məsuliyyətə cəlb olunması barədə açıqlama verərdi. Əks halda anlaşılacaq ki, bu plakatı qaldırmağı birbaşa rəsmi Tehran qeyri-rəsmi formada ermənilərə tapşırıb. Bu olduqca ciddi bir məqamdır və Azərbaycanın ərazi bütövlüyünə qarşı belə bir addım dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə mənfi təsir göstərəcək. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...