Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran hicaba görə həbs edilən azərbaycanlı tələbə barədə QƏRAR VERDİ – FOTO

Röya Səğiri İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı etiraz etmişdi.

Məcburi hicab geyinməyə etiraz etdiyi üçün həbs edilən azərbaycanlı tələbə, siyasi fəal Röya Səğiri azadlığa çıxıb.

Din.az bildirir ki, Təbrizin Mərkəzi Zindanında saxlanılan tələbə İran Ali Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

24 yaşlı Röya Səğiri İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən aksiyalar zamanı (İranda “dey ayı etirazları” adlanır) məcburi hicaba etiraz etdiyinə görə 25 avqustda Təbrizdə saxlanmışdı.
Təbriz Mədəni Universitetinin tələbəsi “sistemin əleyhinə təbliğat aparmaq” və “sistemin əsaslarını aşağılamaq” kimi qondarma ittihamlarla 23 ay həbs cəzasına məhkum edilmişdi. Qadın haqları müdafiəçisinə qarşı irəli sürülən ittihamlardan bir digəri isə “hicabsız şəkildə ictimai yerlərə çıxmaq”dan ibarət olub.

Azərbaycanlı tələbə daha əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay və “rəhbəri təhqir etmək” ittihamı ilə 18 ay həbs cəzasına məhkum edilib, məhkəmənin bu qərarı sonralar Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Qeyd eədk ki, ötən il dekabr ayının sonundan bi ilin yanvar ayının ilk həftələrinə qədər İranın şəhərlərində keçirilən etiraz aksiyaları qısa müddətdə 100-dən çox şəhəri bürümüşdü. İqtisadi gərginliklə bağlı başlayan etirazlarda sonralar müxtəlif şüarlar səsləndirilmiş və bir çox tələblər irəli sürülmüşdü. Kütləvi aksiyalarda azı 25 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olmüş, təxminən, 5 min etirazçı saxlanılmışdı. Polis əksər şəhərlərdə keçirilənaksiyalara güc tətbiq etdiyi üçün beynəlxalq qurumlar tərəfindən kəskin şəkildə pislənmişdi.(publika.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...