Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran hicabını açan qızı belə cəzalandırdı

Baş örtüyünü açıb nümayiş etdirən qıza cəza verilib.

Ötən il İranda məcburi hicaba etiraz olaraq baş örtüyünü açıb nümayiş etdirən Vida Müvəhhid adlı qız 1 il həbs cəzası alıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

Vəkil onun Rey şəhərindəki həbsxanada saxlanıldığını bildirib.

Xatırladaq ki, 31 yaşlı Vida Müvəhhid Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...