Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran hökuməti iraqlıların ölkəyə girişinə QADAĞA QOYDU

İraqda davam edən aksiyalar nələrə gətirib çıxardı?

İran hökuməti iraqlıların ölkəyə girişinə qadağa qoyub.

Din.az xəbər verir ki, sentyabrın 24-dən sonra iraqlılara verilən bütün vizalar ləğv edilib. Qərar azı iki ay qüvvədə olacaq. Məlumata görə, İran hökumətinin belə qərar qəbul etməsinə səbəb İraqda davam edən aksiyalardır. Bundan əvvəl İran İraqla olan iki sərhəd qapısını bağlayıb.
Qeyd edək ki, İraqda oktyabr ayının 1-dən başlayan etiraz aksiyaları zamanı 100-dən çox nümayişçi həlak olub. Etirazçılar işsizlik və korrupsiya hallarından narazıdır. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...