Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İran indiyə qədər Azərbaycana 3,1 mlrd. dollar investisiya yatırıb

Azərbaycanla İran arasında iqtisadi, ticarət əlaqələri yüksələn xətlə inkişaf edir.

Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev qonşu ölkənin neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb.

Din.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycan və İranın neft-qaz sahəsində əlaqələri və bu sahədə mövcud potensialdan istifadə olunmaqla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Ş.Mustafayev Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi barədə geniş məlumat verib. O, qeyd edib ki, İran indiyə qədər Azərbaycana ümumilikdə 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb ki, bunun da 2,95 mlrd. dolları neft sektoruna qoyulub. Neft-qaz sahəsində Azərbaycan və İran şirkətlərinin fəaliyyətini qeyd edən naziri təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, Xəzər dənizində yataqların birgə işlənməsi, neft-qaz maşınqayırması avadanlıqlarının Azərbaycanda birgə istehsalı, neft-kimya sahəsində əməkdaşlıq və s. məsələlərə dair fikirlərini bildirib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...