Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran İngiltərəni “işğalçı” adlandırdı: Sizə xəbərdarlıq edirik ki!..

“İngilisləri isə mən xəbərdar edirəm ki, siz (bu hərəkətlərin) aqibətini anlayacaqsınız”.

İran prezidenti saxlanılmış İran tankeri barədə danışıb.
Din.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın Cəbəli-Tariq boğazında İrana neftini daşıyan tankeri saxlaması barədə danışarkən Londonu bu cür təhlükəli hərəkətlərin aqibəti barədə xəbərdarlıq edib. O, Böyük Britaniyanı Cəbəli-Tariqin işğalında ittiham edib.

“İngilislər yolverilməz bir tərzdə bu gəmini İspaniyanın məhəlli sularında saxlayıblar. Onlar bu ərazidə və Cəbəli-Tariq boğazında işğalçıdırlar, çünki həmin ərazi İspaniyaya məxsusdur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya tərəfindən sözügedən tankerin saxlanılması səhv addımdır.

“Dünya səviyyəsində hər kəs dəniz marşrutlarının tam təhlükəsizliyini təmin etməyə çalışmalıdır. İngilisləri isə mən xəbərdar edirəm ki, siz (bu hərəkətlərin) aqibətini anlayacaqsınız”, – deyə o əlavə edib və bildirib ki, Böyük Britaniya bu hərəkətləri ilə təhlükəsizliyi təhlükə altına atır. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...