Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran İngiltərənin təsiri altındadır – Əhmədinejad

“İngiltərənin İranın daxili işlərinə qarışmasına etiraz edən şəxs nə üçün mühakimə olunur?”

İran məhkəmə sistemi İngiltərənin təsiri altındadır.

Din.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “Dolatebahar” adlı sayta açıqlamasında deyib.

Əhmədinejad yaxım adamı Rəhim Meşainin həbs edilməsindən əvvəl Londonu tənqid etdiyini deyib.

“İngiltərənin İranın daxili işlərinə qarışmasına etiraz edən bir insan niyə məhkəmə sisteminin qəzəbinə tuş gəlib gizli şəkildə mühakimə olunur? Əgər çəkindikləri nəsə yoxdursa, Britaniya Xarici İşlər naziri Boris Consonun 2017-ci ilin dekabrında Tehrana səfəri zamanı keçirilən görüşlərin mətnlərini yaysınlar və istintaqı da ictimaiyyətə açıq şəkildə aparsınlar”, – keçmiş prezident bildirib.

Qeyd edək ki, Əhmədinejadın prezidentliyi dövründə onun müavinləri olan İsfəndiyar Rəhim Meşai və Həmid Bekai korrupsiyada ittiham olunaraq həbs edilmişdilər. Bekai 15 il azadlıqdan məhrumedilmə və 80 şallaq cəzasına məhkum olunmuşdu.

Rəhim Meşai də həbsindən əvvəl İngiltərənin Tehrandakı səfirliyi qaşısında keçirilən aksiyaya qatılaraq, Bekai haqqında çıxarılan qərarda Londonun təsiri olduğunu bildirmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...