Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran İnstaqrama da şərt qoydu – Əks halda bağlanacaq

“İnstagram”ın bağlanılacağı barədə xəbərdarlıq edilib.

İran Kiber Dünya Ali Şurasının rəhbəri Əbülhəsən Firuzabadi ölkədə populyar olan İnstaqramla bağlı açıqlama verib.

Din.az xəbər verir ki, Firuzabadi İnstaqramın İranda rəsmi təmsilçilik açması və iranlı istifadəçilərin məlumatlarını bu ölkədə qurulacaq məlumat mərkəzlərində saxlamasını təklif edib.

Təklif qəbul edilməyəcəyi təqdirdə bu sosial şəbəkənin bağlanılacağı barədə xəbərdarlıq verilib.
Şura rəhbəri İnstaqram rəsmiləri ilə bir neçə dəfə görüş keçirilsə də, müsbət nəticənin əldə olunmadığını söyləyib. Hazırda bu istiqamətdə danışıqlar davam edir.

Qeyd edək ki, “Teleqram” sosial şəbəkəsi də həmin şərti qəbul etmədiyi üçün 26 apreldə İranda fəaliyyətinə son qoyulmuşdu. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...