Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İran-İraq sərhədində yenidən zəlzələ olub

İran-İraq sərhədində növbəti zəlzələ…

İran-İraq sərhədində 4,5 bal gücündə zəlzələ baş verib.

Din.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri İranın Sərpol Zəhab şəhərindən 11 km şimalda, ocağı 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində 445 nəfər ölüb, 2 minə yaxın insan xəsarət alıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...