Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran İsraili hədələdi: “Tel-Əviv və Hayfa məhv ediləcək”

İran İsrailin şəhərlərini məhv edə bilər.

İran hökuməti İsraili Tehrana qarşı axmaq addımlar atmamağa çağırıb.

Din.az xəbər verir ki, bu bəyanatla İslam Respublikasının ali dini lideri Əli Xamneyinin nümayəndələrindən biri çıxış edib.

İslam İnqilabı Keşikçiləri Korpusundan olan Əli Şirazinin sözlərinə görə, İran İsrailin şəhərlərini məhv edə bilər.

O bildirib ki, İsrail “daha bir neçə gün mövcud olmaq istəyirsə”, öz davranışlarına fikir verməlidir.

“Əgər onlar İrana bir bəhanə verərlərsə, Tel-Əviv və Hayfa məhv ediləcək”, – deyə TASS onun sözlərini sitat gətirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Tehran ölkənin “qətiyyətliliyini sınağa çəkməyə” son qoymalıdır. Onun sözlərinə görə, İsrail İranın təcavüzünə ciddi cavab verəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...