Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran kanalında azərbaycanlılar təhqir olundu – Etiraz

Azərbaycanlılar “İranın milli təhlükəsizliyini təhdid etməkdə” ittiham olunur.

İranın “İdman” telekanalının radio proqramında Güney Azərbaycan əhalisi və “Traktor Azərbaycan” futbol klubunun azarkeşləri təhqir olunub.

Din.az xəbər verir ki, proqramda iştirak edən iranlı ekspert güneyliləri “qaragüruh dəstəsi” adlandırıb.

Habelə azərbaycanlılar “İranın milli təhlükəsizliyini təhdid etməkdə” ittiham olunub.

Proqramdakı təhqiramiz ifadələr Təbrizin İran parlamentindəki deputatı Məhəmməd Hüseyn Fərhənginin kəskin etirazına səbəb olub.

O, bu barədə İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə etiraz məktubu ünvanlayıb: “Verlişin qonağı “Traktor” tərəfdarlarının ünvanına yersiz və təhqiramiz ittihamlar səsləndirdi. Bu məsələyə qanun çərçivəsində baxılmalıdır. Verilişdə təxminın 100 min azarkeş və milyonlarla televiziya tamaşaçısı “düşmənlərə işləyən qaragüruhçu dəstələr” və “milli təhlükəsizliyi təhdid edən qüvvələr” kimi qiymətləndirildi.

Əgər söhbət müəyyən insanlardan gedirsə, o zaman nə üçün oktyabrın 31-də Tehranda baş verənlər bütün “Perspolis” komandasının tərəfdarlarına şamil edilmədi? Onlar şəhid ailələrini aşağılamışdı. Nə üçün Tehran stadionlarında müqəddəs şəxslər təhqir olunanda və keçmiş yaramaz rejimə dəstək verildiyi zaman belə reaksiyalar olmur? Öz komandasını dəstəkləyən milyonlarla insanın pislənməsi etnik zəmində nifaq salmaq və milli birliyə xələl gətirməkdən başqa heç nə deyil”.

Deputat qeyd edib ki, İranın futbol ictimaiyyətinin və hökumətə bağlı komandaların Təbriz və Azərbaycana mənəvi borcu var.

O, məktubda İran Teleradio Şirkətindən Azərbaycan əhalisi və “Traktor” tərəfdarlarını aşağılamağa son qoymağı tələb edib. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...