Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran körfəz ölkələrini təhdid etdi: “İslama qarşı dayananlar…”

Müsəlman (İran nəzərdə tutulur-red.) dövlətə qarşı aparılan siyasət xalqı ayağa qaldıracaq.

“İrana qarşı koalisiya quran ölkələrin xalqları ayağa qalxacaq”.

Din.az Publika.az-a istinadən xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

Baş katib bildirib ki, ABŞ-la birgə hərəkət edən körfəz ölkələrində müsəlman (İran nəzərdə tutulur-red.) dövlətə qarşı aparılan siyasət xalqı ayağa qaldıracaq.

İran-İraq müharibəsi ilə bağlı paytaxt Tehranda təşkil edilən konfransda çıxış edən Əli Şəmxani ərəb ölkələrinin İrana qarşı koalisiya yaratmaq cəhdlərinin Varşava konfrnasında uğursuzluğa düçar olduğunu deyib.

“ABŞ müettəfiqi olan bölgə ölkələri İslamın düşmənlərinə sığınmağa davam edərsə, özlərini həqarətə uğramış hiss edən xalqın küçələrə axışmasına səbəb olacaqlar. Ehtimallarımız bu istiqamətdədir. İranın nüvə proqramı isə müzakirə mövzusu belə deyil”-, baş katib dilə gətirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...