Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İRAN MOLLALARI QUMDA TƏHSİL ALAN 6 AZƏRBAYCANLI QIZI ZORLADILAR – TÜKÜRPƏDİCİ HADİSƏ

İranda qızlazımızın qarşılaşdığı dözülməz vəziyyət…

İran və Azərbaycan – nə qədər fərqli, bəzən hətta bir-birinə zidd dövlət maraqları bu iki ölkəni zaman-zaman qarşı-qarşıya gətirsə də, biz eyni mədəniyyətin təsir dairəsində bu günlərə gəlmiş toplumlarıq. Ortaq tarixdən tutmuş, dil, düşüncə, mədəniyyət birliyinə, yaxın coğrafiyalara qədər çox bağlar bizi birləşdirir, insanlarımızı yaxınlaşdırır. Sözsüz ki, bu yaxınlıqdan çəkinib, bizi bir-birimizə qarşı qoymaq istəyən qüvvələr də az deyil. Bəzən bu düşmən məkrinə özümüzün də rəvac verdiyimiz hallar olur.

İranda təhsil alan azərbaycanlı tələbə adından yayılan aşağıdakı xəbər də hər iki dövlətin müvafiq orqanlarının ciddi araşdırmalarını zəruri qılan iddiaları ehtiva edir. Ovqat.com saytı məsələnin araşdırılmasına təşviq etmək məqsədilə RePost.Az saytında dərc olunan məlumatı ictimailəşdiririk. Məsələylə bağlı rəsmi məlumatları da dərc etməyə hazırıq:

Tehranda təhsil almış Gültəkin Məcidova adlı azərbaycanlı qız Qum şəhərinin imam cüməsi tərəfindən zorlandığını etiraf edib. 2006 ci ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova adlı qız etiraf edir ki, İranda təhsil alan Azərbaycanlı qızlarının hamısının bakirəlikləri pozulur. Azərbaycana qayıdanda çoxları evlənə bilmirlər. Qorxurlar ki, toy gecəsi evlərinə geri qaytarılarlar. Ona görə də çoxu Ocaq Nicat (?) kimi və sairə dələduzlarla siğə edərək cinsi ehtiyaclarını qarşılayırlar.

Gültəkin Məcidova deyir ki, mədrəsədə təhsil alanda bəzi din alimləri deyirdilər ki, bakirə qız istəsə siğə edə bilər. Onları siğəyə qadın müəllimlərin vasitəsi ilə cəlb ediblər.

“Qum şəhərində qızları (6 qız olublar) Qum Şəhərinin imam cüməsinin evinə apardılar ki, Fatima Zəhra mövludu olacaq. Biz də sevinə-sevinə getdik. Gecə saat 11-də məni İmam cümənin otağına saldılar və mənimlə siğə etdi. Utandığımdan səsimi çıxara bilmədim. Çünki bizə öyrətmişdirlər ki, İranda hər hansı şəhərin imam cüməsi Ayətullah Xamaneyinin nümayəndəsidir. Ayətullah Xamaneyidə 12 imam, geybdə olan İmam sahib zaman Ağanın nümayəndəsidir. Əgər imam cüməyə qarşı gəlsən, elə bil ki, qeybdə olan 12 ci imam, İmam Sahib Zaman ağaya qarşı çıxmış olursan”.

Gültəkin Məcidova deyir ki, səhərə yaxın mədrəsəyə qayıdıb və sonra anlayıb ki, orda olan digər mömin bacıların hamısı ilə başqa-başqa otaqlarda din alimləri siğə edib. “Çünki biz çox gözəl qızlar idik. Mən bir neçə ay sonra Azərbaycana qayıtdım. Çünki dəli olmağıma az qalmışdı ki, bizi İrana din öyrənməyə aparırlar, sonra isə siğə edirlər. Digər bacıların bəziləri indiyə kimi İranda qalıblar. Bir neçəsi hamilə qalıb və uşağı dünyaya gəlib. Amma uşağın atasi kimdir bilinmir. Çünki o hadisədən sonra həmin bacılar on dəfədən çox siğə ediliblər”.

Gültəkin Məcidova iddia edir ki, bu hadisədən sonra çox valideynlər qızlaırnı İranda təhsil almağa buraxmır və təhsil alanların çoxu valideynlərin israrından sonra Azərbaycana qayıdıblar.

Gültəkin Məcidova bir firmada işlədiyini bildirdi. Amma indiyə kimi evlənə bilməyib. O, bu hadisədən sonra hicabı atıb, namaz da qılmır. “Mollalar insana nifrət etdirirlər. Bilirəm bu islamın günahı deyil. Bu molla şərəfsizlərinin din adı altında oyunlardan çıxmasıdır. Bəlkə gələcəkdə yenidən hicaba keçərəm. Amma indi qəlbim çox sınıb”. Din.az A24.az-a istinad edir. 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...