Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran niyyətini açıqladı: Suriya nefti bizimdir

Əsəd rejiminə ən çox dəstək verən İran …

2011-ci ildən daxili müharibələrin yaşandığı ölkədə Bəşər Əsədə yardımlarını kəsməyən Tehran hökuməti borclarını neft və qaz olaraq geri almaq istəyir.

Din.az-ın xəbərinə əsasən, Türkiyə mediasında yayımlanan məlumatda bildirilir ki, Əsəd rejiminə ən çox dəstək verən İran Suriyaya 7 ildə 36 milyard dollar xərc çəkib.

Bu rəqəm İranın Müdafiə Sənayesinə xərclənən illik büdcədən 3 dəfə çoxdur. Bu təfsilatların ortaya çıxması İranda böyük müzakirələrə səbəb olsa da, Tehran hökuməti öz əməlindən vaz keçməyəcək.

Mövzu ilə bağlı açıqlama verən İranın dini lideri Əli Xamaneinin hərbi məsləhətçisi Yahya Rahim Səfəvi “Suriya borclarını neft, qaz və fosfat mədənləri qarşılığında ödəyə bilər” deyərək ölkədəki niyyətlərini də bəlli edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...