Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İran Ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb

Hərbi təlimlər 3 milyon kvadrat kilometr ərazidə keçirilir.

Yanvarın 22-si səhər saatlarından etibarən İran Ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Din.az xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi məlumat yayıb.

Təlimlər Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və “Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələri ilə birgə keçirilir.

Hərbi təlimlər 3 milyon kvadrat kilometr ərazidə – İranın cənubu, cənub-şərqi, Fars körfəzi və Oman dənizi sahillərində təşkil edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...