Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran orduya “güclənin” təlimatını verdi

İran ordusuna xüsusi göstəriş verildi.

Amerika ilə arasında gərginlik yaşayan İran ordunun gücünü artırmaq üçün təlimat verib.

Din.az xəbər verir ki, Amerika ilə İran arasındakı iqtisadi müharibə yeni mərhələyə keçib.

ABŞ prezidenti Donald Tramp İranı dizinə gətirmək üçün onu sanksiyalarla sıxışdırmağa başlayıb. İran isə hərbi istiqamətdə hazırlıqlar görməyə başlayıb.

Belə ki İranin dini lideri Ayətullah Əli Xamanei orduya “güclənin” təlimatını verib.

Ordunun hazır vəziyyətdə olmasını istəyən Xamenei hərbi qüvvələrin və texnikanın artırılmasını da istəyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...