Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran öz idmançılarının Xankəndidə idman tədbirində iştirakını təkzib edir

“Bu idman tədbirində iştirak qeyri-qanunidir və dövlət tərəfindən hər hansı icazə verilməyib”.

Din.az bildirir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyindən Trend-ə bildirilib.

Səfirlikdən bildirilib ki, iranlı idmançıların Xankəndi şəhərində idman tədbirində iştirak etməsi xəbəri öz təsdiqini tapmayıb:

“Bu idman tədbirində iştirak qeyri-qanunidir və dövlət tərəfindən hər hansı icazə verilməyib. İdmançılar şəxsi və ya fərdi şəkildə iştirak edərlərsə, İran dövləti onları dəstəkləməyəcək. Səfirlik idmançıların bu tədbirdə iştirak etməməsi üçün əlindən gələni edəcək”.

Xatırladaq ki, Ermənistan mətbuatı İranın müxtəlif şəhərlərindən 245 idmançının Azərbaycanın işğal altında olan Xankəndi şəhərində tədbirdə iştirak edəcəyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...