Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran parlamenti Azərbaycan gölü üçün hərəkətə keçdi 

150 deputat Urmiya gölünün quruması məsələsilə bağlı ali dini rəhbərə müraciət edəcək.

İran parlamentinin 150 deputatı Urmiya gölünün quruması məsələsi ilə bağlı İranın dini rəhbəri Əli Xameneiyə məktubla müraciət edəcək.

Din.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Urmiyanın millət vəkili Nadir Qazipurun mətbuata informasiya verib.


Onun sözlərinə görə, müraciət məktubunda Milli İnkişaf Fondundan gölün canlandırılması üçün maliyyə ayrılması tələb olunub. Millət vəkili bildirib ki, sözügedən maliyyə Urmu gölünə su daşınması layihəsini sürətləndirə bilər. Onun sözlərinə görə, məktub müxtəlif siyasi mövqedə olan deputatlar tərəfindən imzalanıb, imzaların sayı isə 150-yə çatıb.

Nadir Qazipur məktubun yaxın zamanda Əli Xamneiyə göndəriləcəyini bildirib.

Qeyd edək ki, Urmiya gölünün quruması prosesi bölgəyə yaşayan azərbaycanlı əhalinin iqtisadi çöküşünə və kütləvi köçünə səbəb olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...