Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran parlamentindəki millət vəkili: “Niyə Azərbaycan dilində qəzet nəşr olunmur?”

“Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir?”

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkədə Azərbaycan dilində qəzetin nəşr olunmaması məsələsini gündəmə gətirib.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, azərbaycanlı millət vəkili bu barədə İranın İrşad və mədəniyyət naziri Abbas Salehiyə sual ünvanlayıb.

“Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir” başlığı ilə ünvanlanan sual parlamentin rəyasət heyətinə təqdim olunub.

Millət vəkili qəzetin nəşrinə lisenziya verilməməsi haqda nazirin cavab verməsini tələb edib.

Nadir Qazipurunun sözlərinə görə, o bundan əvvəl müvafiq məsələ ilə əlaqədar lisenziya almaq üçün nazirliyə müraciət edib. Lakin Mətbuata Nəzarət Heyəti ölkə üzrə yayımlanacaq Azərbaycan (türk) dilində qəzetin nəşrinə lisenziya verməkdən imtina edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...