Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İran prezidenti: Donald Trampı Səddam Hüseynin aqibəti gözləyir

İran ABŞ-ın təzyiqi altında raket proqramından imtina etməyəcək.

Vaşinqton Tehranla bağlı siyasətinə yenidən baxmasa, ABŞ prezidenti Donald Tramp və onun ölkəsini Səddam Hüseynin aqibəti gözləyəcək.

Din.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

O həmçinin qeyd edib ki, İran hətta ABŞ-ın təzyiqi altında belə raket proqramından imtina etməyəcək.

“BMT və Təhlükəsizlik Şurası Səddamı müharibəni başlamaqda məsuliyyətli bildi, onu əvvəl dəstəkləyən bütün ölkələr isə buna təəssüfləndilər. Eyni aqibət Tramp və Amerikanı gözləyir”, – deyə “Press TV” Ruhaninin sözlərini sitat gətirib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...