Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran prezidenti Həsən Ruhani ölkəsinin qələbəsinə belə sevinib

Ruhani İranın qələbəsinə sevinib evdən fotoşəkillər paylaşdı.

İranla Mərakeş arasında oynanılan Dünya Çempionatının matçını evində izləyən İran prezidenti Həsən Ruhani sevincini insanlarla paylaşıb.

Din.az türk mediasına istinadən xəbər verir ki, Həsən Ruhani hər zaman görməyə öyrəşdiyimiz geyimdən fərqli bir tərzdə və matçı evində izləyən zaman çəkilən görüntülərini sosial media hesabından paylaşıb.

Görüntülərdə Ruhaninin matçı evində rahat şəkildə izlədiyi və əl çalaraq sevincini patlaşdığı görünür. Türk mediası qeyd edib ki, Ruhani İran komandasının oynadığı matçı əyninə üzərində farsca “12-ci oyunçu” yazılan köynək geyinərək ev geyimində televizordan izləyib. Qarşısında çayı olan və sevincli olduğu görünən Ruhani milli yığmanı alqışlamaqdan da geri qalmayıb.

Daha sonra Həsən Ruhani çəkilən şəkillərini “Twitter” və “İnstagram” hesabından paylaşaraq, komandanın oyunçularını “Oynadığınız oyun və qazandığınız zəfərlə bütün İran xalqını sevindirdiniz, uşaqlar! Sizə təşəkkür edirəm” ifadələri ilə təbrik edib.

Qeyd edək ki, Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatının ilk qarşılaşmasında Mərakeşlə oynayan İran 90+5-ci dəqiqədə mərakeşli futbolçu Aziz Bouhaddouzun öz qapısına atdığı qol İranın qalibiyyəti ilə nəticələnib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...