Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”

“Göydən bizə səlahiyyət verildiyini və buna görə də yer üzündəkilər haqqında əmrlər verəcəyimizi zənn edirik”.

“Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğru, nə hüquqi, nə də qanunidir”.

Din.az bildirir ki, bunu İran prezidenti Həsən Ruhani Terhranda ölkənin rabitə və informasiya texnologiyaları naziri Məhəmmədcavad Azəri Cəhromi və nazirliyin əməkdaşları ilə keçirdiyi toplantıda bildirib.

O, ölkədə internetə məhdudiyyət qoymaqla səhvə yol verdiklərini etiraf edib: “Göydən bizə səlahiyyət verildiyini və buna görə də yer üzündəkilər haqqında əmrlər verəcəyimizi zənn edirik, ancaq belə bir nəsnə yoxdur. Allah belə, peyğəmbərinə sadəcə olaraq xalqa mesajları ötürməsini əmr etdi. Seçki isə xalqa aiddir.

Yeni texnologiyalarda təhlükələr də var, amma bu texologiyalar xalqın həyatından çıxarılmayacaq. Cəmiyyətin iradəsinə qarşı savaşa bilmərik. Texnologiya və innovasiyalara qarşı müqavimət göstərmək mürtəcelikdir. İnternetə mane olmaqla səhv etmişik. Bir təlimatla hər şeyi qadağan edə biləcəyimizi düşünürdük. Ancaq insanlar süzgəci qıran proqramlarla bu maneəni dəf etdi. Tətbiq edilən qadağalar isə uğrusuz oldu”.

“Report” bildirir ki, hicab və başörütsü məsləsinə işarə edən H. Ruhani deyib: “Biz hicab məsələsini ilk olaraq, qadınlara tətbiq edirik. Ancaq “Qurnai-Kərim”də bu məsələ kişilərlə başlayır. Onların gözü ilə baxışına istinad edilir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...