Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran prezidenti: “İslamda təhdid, terror, zorakılıq yoxdur”

H.Ruhani: “Biz Allahın adını Rəhmanı-Rəhimlə çəkirik”.

“İslamda təhdid yoxdur, İslamda terror yoxdur, İslamda zorakılıq yoxdur”.

Din.az bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı bildirib.

“Biz xalqlarımızı bir-biri ilə görüşmək zövqündən məhrum etməməliyik. Siz bilirsiniz ki, bir iranlı Azərbaycana gəldikdə, onun hissləri Azərbaycanın onun üçün ikinci vətən olduğunu əks etdirir. Siz də İrana gələndə İran haqqında eyni hissləri keçirirsiniz. Biz mədəni sahədə bir-birimizlə əməkdaşlıq etməliyik. Biz Rəhman İslamı istəyirik, İslam dini rəhmət dinidir. Biz Allahın adını Rəhmanı-Rəhimlə çəkirik. Biz namazı Allahın Rəhmanı-Rəhimi ilə başlayırıq. Biz Allahı rəhmli, bağışlayan bilirik. Allah-Təalanın rəhmətindən böyük rəhmət yoxdur. “Ey Rəbbimiz, Sənə iman gətirdik. Bizi bağışla, bizə rəhm elə. Sən mərhəmətlilərin ən mərhəmətlisisən!”. Ən böyük məhəbbətlər Allah tərəfindəndir. Bir-birimizlə qarşılaşanda Allah-Təalanın bu əzəmətini aramızdakı əlaqələrimizdə görməliyik, hiss etməliyik. İslamda dostluq, səmimiyyət, rəhman və rəhmət vardır, İslamda təhdid yoxdur, İslamda terror yoxdur, İslamda zorakılıq yoxdur. Biz o İslamı qəbul edirik ki, bizim Peyğəmbərimiz, Əli-Murtuza, bizim imamlarımız və peyğəmbərin səhabələri o yolu getmişlər və biz həmin yolu gedirik”, – hökumət başçısı qeyd edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...