Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İran prezidentindən krala MƏKTUB

“ABŞ-ın yürütdüyü siyasət bölgə ölkələri arasında münasibətlərin korlanmasına səbəb olur”.

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizə məktub ünvanlayıb.

Din.az xəbər verir ki, bu barədə İranın hökumət sözçüsü Ali Rəbii açıqlama verib. Məlumata görə, məktub bölgənin sülh və sabitliyinə dair məsələləri əhatə edir. Lakin mövzunun detalları barədə ətraflı məlumat verilməyib.
Sözçü bildirib ki, ABŞ-ın yürütdüyü siyasət bölgə ölkələri arasında münasibətlərin korlanmasına səbəb olur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...