Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran “QAYNAYIR” – Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

Sufi cərəyanının nümayəndisinin həbsinə qarşı etirazlar davam edir.

İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Din.az Trend-ə istinadən xəbər verir ki, İran KİV-ləri həlak olanlarda 3 nəfərin polis əməkdaşı olması barədə bildiriblər.

Məlumata görə, hadisələrlə bağlı saxlanılanlarında olduğu bildirilir. Saxlanılanların sayı təxminən 300 nəfər qeyd edilib.

Qeyd edək ki, ötən gün polis sufi cərəyanının nümayəndisinin həbsinə qarşı çıxış edən etirazçıları dağıtdıqdan sonra polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Həmin vaxt naməlum şəxs avtobusu kütlənin üstünə sürüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...