Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran səfiri: “Azərbaycandan İrana yardımlar təklif olunur”

“İran dövləti adından təşəkkürümüzü çatdırırıq”.

“İranda baş verən zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhani və İran xalqına başsağlığı verib. İran dövləti adından təşəkkürümüzü çatdırırıq”.

Din.az bildirir ki, bunu APA-ya İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, zəlzələdən sonra Azərbaycanın dövlət orqanlarından İrana yardımlar təklif olunub: “Təklif edilən yardımlarla bağlı İranın aidiyyəti qurumlarını məlumatlandıracağıq”.

Səfir bildirib ki, son məlumatlara görə, İranda baş vermiş zəlzələ nəticəsində ölü sayı 214 nəfərə çatıb, xəsarət alanların sayı isə 1700-dən çoxdur.

Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...