Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir

Yuxarı Gövhar Ağa məscidi şəhərinin mərkəzi meydanında yerləşən və Şuşada tikilmiş ən qədim məsciddir.

İran şirkəti Şuşada yerləşən Yuxarı Gövhar Ağa məscidini bərpa edir.

Din.az xəbər verir ki, intensiv davam edən işlərin ilin sonuna qədər bitəcəyi gözlənilir.

Ermənistan tərəfinin razılığı ilə layihəni İran memarlıq şirkəti “PartSaman Jahan” və iranlı mütəxəssislər yerinə yetirirlər.

Yuxarı Gövhar Ağa məscidi şəhərinin mərkəzi meydanında yerləşən və Şuşada tikilmiş ən qədim məsciddir. Xatırladaq 1883-1885-ci illərdə tikilmiş məscidin memarı Kərbalayi Səfixan Qarabağidir.

Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

İşğal altındakı məsciddə tikinti-bərpa işlərini aparmaq üçün Ermənistan tərəfi rəsmi Bakının icazəsini almayıb. /  Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...