Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran Suriyada atəşkəs elan edilməsinə qarşı çıxdı

M. Bakiri: “Suriya ordusu indiyə qədər Dəməşqə 1200 raket atan terrorçuları torpağından çıxarmaq istəyir”.

İran BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə Suriyada 30 günlük atəşkəs elan edilməsinə qarşı çıxıb.

Din.az APA-ya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri bu gün bildirib ki, keçmişdə olduğu kimi bu dəfə də Suriyada sabitliyi istəməyənlər Suriya ordusu və dövlətinin Dəməşqin ətrafını terrorçulardan təmizləmək istədiyini görən zaman terrorçuları qorumaq üçün atəşkəsin elan olunmasını istəyiblər.

M. Bakiri deyib ki, Suriya ordusu indiyə qədər Dəməşqə 1200 raket atan terrorçuları torpağından çıxarmaq istəyir və Suriya ordusu təhlükəsizliyi təmin etmək üçün terrorçuları təmizləməkdə qərarlıdır: “Qərb cəbhəsinin və terrorçuları dəstəkləyənlərin israrı ilə bu atəşkəs elan edilib. Suriya və Suriyanın dostları olan Rusiya və İranın əməkdaşlığı ilə bu qətnamədə qarşı tərəfindən istəkləri azaldılıb. Amma “Nusra cəbhəsi” kimi terrorçu qruplaşmalara qarşı savaş davam edəcək. İndi bəzi bölgələrdə xalqın təhlükəsizliyi üçün atəşkəsi təmin edirik, amma bu, terrorçuların həyatlarını xilas edəcəkləri anlamına gəlməz. Qarşıdakı bir neçə ay ərzində Suriya torpaqlarının hamısı terrorçulardan təmizlənəcək. Bir və Suriya atəşkəsə sadiq qalacağıq, amma Dəməşqin ətrafında terrorçuların nəzarətində olan bölgələr bu atəşkəsin əhatə dairəsinə daxil deyil. O bölgələrin terrorçulardan təmizlənməsi davam edəcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...