Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran teraktı: Ər-Riyaddan Tehrana kəskin reaksiya

İranın başqa ölkələrin daxili işlərinə qarışdığı iddia edildi.

Səudiyyə Ərəbistanı İranın Əhvaz şəhərində baş verən terakla bağlı Tehranın Ər-Riyadı ittiham etməsinə sərt münasibət bildirib.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi başqa ölkənin daxili işlərinə qarışmadığını, öz daxili işlərinə də müdaxilə edilməsinə qarşı olduğunu bəyan edib.

XİN-dən verilən məlumatda İranın başqa ölkələrin daxili işlərinə qarışdığı iddia edilib:

“İran rejiminə yeni bir yöntəm tapmağı, xalqının rifahı və rahatlığı üçün məsuliyyətli dövlət olmağı, beynəlxalq hüquq və normalara hörmət göstərməyi tövsiyə edirik”.

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Silahlı hücum nəticəsində azı 29 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb. Rəsmi Tehran hücumun arxasında ABŞ, İsrail və Səudiyyə Ərəbistanının yer aldığını iddia edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...