Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran turistlərin ölkəyə girişi üçün möhürləri ləğv edir

İran hökuməti əcnəbi turistləri təhlükədən qorumaq istəyir.

İran hökuməti əcnəbi turistlərin ölkəyə girişi və çıxışı zamanı pasportlarına möhür vurulmasını ləğv etmək niyyətindədir.

Din.az bildirir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, bu addım ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi ilə bağlıdır.

Bildirilir ki, İran hökuməti bununla əcnəbi turistləri “hər hansı bir təhlükədən” qorumaq istəyir.

İran XİN, həmçinin ölkənin sənaye və ticarət nazirliyi artıq təşəbbüsü təsdiq edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi bəyan edib ki, rəsmi Vaşinqton Tehranla ticari əlaqələri saxlayan ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...