"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
photo_70035

İran və Səudiyyə Ərəbistanı Həcclə bağlı razılığa gəlir

Share Button

Ötən il Həcc ziyarəti zamanı iranlı zəvvarların kütləvi şəkildə həlak olmasından sonra Ər-Riyadla Tehran arasında […]

Ötən il Həcc ziyarəti zamanı iranlı zəvvarların kütləvi şəkildə həlak olmasından sonra Ər-Riyadla Tehran arasında yaşanan gərginlik öz həllini tapmaq üzrədir.

“Din.az” xarici mediaya istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə məsələləri üzrə nazir müavini Vəkili Şərif, İranın Həcc Ziyarəti Qurumunun sədri Səid Ovhədi ilə bir araya gəlib.

Görüşdən sonra ərəb mediasına danışan iranlı heyyətin başçısı bildirib ki, artıq bir çox prinsipial məslələrdə razılıq əldə olunub. Onun sözlərinə görə, yaxın günlərdə iranlı zəvvarların Həcc və Ümrə ziyarətlərini yerinə yetirməsi üçün ilkin müqavilə bağlanacaq. Səudiyyə tərəfi iranlılara viza məsləsində də güzəşt etməyə hazırlaşır. Xarici İşlər Nazirliyinə müraciət ünvanlayan Həcc və Ümrə üzrə nazirlik sənədlərin verilməsinin internet üzərindən həyata keçirilməsini xahiş edib.

Bundan başqa, İrandan gələn zəvvarların qarşılanması, daşınması və yerləşdirilməsi məsələsində ev sahibləri daha diqqətli davranmaq barədə öhdəlik götürüb. Lakin İslam Respublikası vətəndaşlarının bir sıra kütləvi dini ayinləri birgə yerinə yetirmək barədə müraciəti səud hökuməti tərəfindən rədd edilib.

Həmçinin, iranlıların da ziyarət zamanı diqqətli olması tələb olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top