Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran xalqından duyğusal təklif: Türk təyyarəsi…

Qızınızın xatirəsini əbədiləşdirmək üçün qəzanın baş verdiyi ərazidə abidə ucaltmaq istəyirik.

İranın Bəxtiyariya mahalının sakinləri “Başaran Holdinq”ə məxsus türk təyyarəsinin qəzaya uğraması zamanı həlak olanların xatirəsini əbədiləşdirmək üçün abidə inşası ilə bağlı təklif irəli sürüb.

Din.az xəbər verir ki, mahal əhalisini təmsil edən nümayəndələr bununla bağlı Başaran ailəsindən icazə istəyiblər.

Onlar yazılı plakatlar qaldıraraq bununla bağlı xəbər gözlədiklərini bəyan ediblər:

“Əziz Başaran ailəsi və türk xalqı, Mina və onun dostlarının ruhu Helen meşələri və Bəxtiyariya dağlarında göylərə uçdu. Bəxtiyariya sakinləri dünyanın ən qonaqpərvər sakinləri kimi tanınır. Amma bu ev sahibliyindən dolayı çox kədərliyik. Biz sizin qızınızın xatirəsini əbədiləşdirmək üçün qəzanın baş verdiyi ərazidə abidə ucaltmaq istəyirik. Təbii ki, sizin icazənizlə… Sizdən xəbər gözləyirik”.

Xatırladaq ki, 2 güncə öncə BƏƏ-nin Şarika şəhərindən İstanbula qayıdan Başaran ailəsinə məxsus özəl sərnişin təyyarəsi İranın Çaharmahal və Bəxtiyariya mahalları sərhədində yerə çırpılıb.

Nəticədə Dubayda “Subaylığa vida partisi”ndən gələn Başaran Holdinqin sahibi Hüseyn Başaranın qızı Mina və 7 rəfiqəsi, həmçinin 3 ekipaj üzvü olan xanım həyatını itirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...