Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran xarici məhsulların reklamını qadağan etdi

Qadağa istehsalı İranda həyata keçirilən xarici məhsullara tətbiq edilməyəcək.

İran parlamenti xarici məhsulların reklamınının qadağan edilməsi barədə qərar qəbul edib.

Din.az xəbər verir ki, qəbul edilən 19 saylı qanuna görə, ölkədə istehsal edilən məhsullara bənzər xarici firma mallarının televiziya, radio, qəzet, bilbord və s. yerlərdə reklamına icazə verilməyəcək. Qadağa istehsalı İranda həyata keçirilən xarici məhsullara tətbiq edilməyəcək.

Qeyd edək ki, ABŞ ötən ilin 7 avqust və 5 noyabr tarixlərində İranın ABŞ dollarını əldə etməsi, neft, alüminium, polad, kömür, qızıl və digər dəyərli metalların, sərnişin təyyarəsi hissələrinin satışına ciddi sanksiyalar tətbiq edib. Reklam qadağasının səbəbi ölkənin idxaldan asılılığını azaltmaq, yerli məhsulların satışını təmin etmək, ölkə iqtisadiyyatına dəyən xeyirin miqdarını artırmaqdır. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...