Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran xarici ticarətdə dollardan imtina edir

“ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək niyyətindədir”.

Gələn ildən başlayaraq İran xarici ticarəti yalnız avro ilə aparacaq.

Din.az-ın məlumatına görə, İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bu barədə açıqlamasında bildirib ki, həyata keçirilən bir sıra işlərdən sonra xarici ticarətdə dollardan imtina ediləcək. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək niyyətindədir. İran artıq ABŞ dolları ilə ticarəti davam etdirmək niyyətində deyil.

V. Seyfi İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının da ABŞ olduğunu bildirib.

Xatırladaq ki, İranın valyuta bazarında dollar və avronun satış qiyməti kəskin şəkildə bahalaşıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...