Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İrana qarşı bu savaşa girmişik – BƏƏ

“BƏƏ Yəməndəki savaşda İran təsirinin yayılmasının qarşısı alınmalıdır”.

Birləşmiş Ərəb Əmirliyi qonşuluğunda nüvə gücü olan İrana qarşı səbir nümayiş etdirməyəcək.

Din.az xəbər verir ki, bunu “Die Velt” saytına müsahibəsində BƏƏ-nin Dövlət naziri Sultan Caber deyib.

“Bizim fikrimizcə, nüvə razılaşması uğursuzluğa düçar olub. İran Suriya, İraq, Livan və Yəmənin destabilizasiya edilməsi üçün ekspansionist proqramını tətbiq etməyə davam edir. BƏƏ Yəməndəki savaşda İran təsirinin yayılmasının qarşısını almaq üçün iştirak edir”, – deyə o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...