Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
232020

İranda 11 sünni edam edildi

Share Button

Bəzi mənbələr edam edilənlərin 20 nəfər olduğunu deyir

İranın Kərəc şəhərində edam edilən sünnilərin “təkfirçi” olaraq xarakterizə edilən “Tövhid və Cihad” təşkilatına  üzv olduğu irəli sürülüb.

“Din.az” xəbər verir ki, İranda “Təsnim” xəbər agentliyinin verdiyi məlumata görə, Kürdistan əyalətinin prokurorluğu tərəfindən verilən açıqlamada dünən səhər Kərəc şəhərindəki Recai-Şehr həbsxanasında edam edilən sünnilər, “Təkfirçi; Tövhid və Cihad” təşkilatına üzv olmaqla ittiham edilib.

Xəbərədə, edam edilən məhkumların sayı və məhkəmə prosesinə dair məlumat verilməyib. İrandakı insan huquqlarının pozulduqlarını təqib edən “freedomessenger” internet xəbər saytı isə ən azı 20 nəfərin edam edildiyini bildirib.

İran İnsan Hüquqları Fəaliyyətləri Agentliyi isə (Hrana) dünən səhər Rəcai-Şehr həbsxanasında ən azı 11 sünni kürd məhkumun edam edildiyini qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top