Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranda Ali dini liderin də xalq tərəfindən seçilməsi təklif olundu

İranda bütün mühüm qərarlar Ali dini lider tərəfindən verilir.

İranın islahatçı siyasətçilərindən Mustafa Taczadə ölkədəki ikihakimiyyətliyə son verilməsi üçün Ali dini liderin, yəni Vəliyi-Fəqhin xalq tərəfindən seçilməsi təklifini irəli sürüb.

M.Taczadə tvitterdəki şəxsi hesabında verdiyi açıqlamada Siyasi məqsədəuyğunluğun müəyyənləşməsi şurasının üzvü Hüseyn Seffarhərəndinin prezidentlik üsul-idarəsindən parlamentar sistemə keçməklə bağlı sözlərini tənqid edib. O, bunun yerinə bütün səlahiyyətlərin bir adamın əlində cəmləşməli olduğunu söyləyib.

Taczadə, inqilabın ilk illərində diktatorluğun meydana gəlməməsi naminə prezident və baş nazir vəzifələrinin mövcud olduğunu, lakin həmin vəziyyətin gözlənilən faydanı vermədiyi üçün baş nazirlik vəzifəsinin ləğv olunduğunu qeyd edib.

İranlı islahatçının rəyinə görə, parlamentar sistemə keçmək niyyətinin arxasında ölkədə seçkilərin sayının və xalqın ölkə idarəçiliyində təsirinin azaldılması məqsədləri durur.

Qeyd edək ki, İranda prezident xalq tərəfində seçilsə də ölkənin daxili və xarici siyasəti ilə bağlı əsas qərarlar ordunu, təhlükəsilzik qüvvələrini, kəşfiyyat və məhkəməni əlində tutan Ali dini lider tərəfindən verilir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...